Dünya

ABŞ-da silahlı şəxs ticarət mərkəzində insanlara atəş açdı: Ölənlər və yaralılar var

Sharing is caring!

ABŞ-ın İndiana ştatının Qrinvud şəhərindəki “Greenwood Park” ticarət mərkəzində atışma nəticəsində dörd nəfər həlak olub.

Silahlı şəxs ticarət mərkəzində restoranın həyətində tüfəngdən atəş açıb. Şahidlər azı 30 atəş səsi eşidiblər.

Öldürülənlərdən biri atəş açan şəxsdir. O, silahlı vətəndaş tərəfindən güllələnib. Daha iki nəfər güllə yarası alıb və xəstəxanaya aparılıb.

Polis ticarət mərkəzinin tualetlərinin birində şübhəli bel çantası tapıb.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir