Dünya

Rusiyada hərbçi anasına qarşı dələduzluq: Ukraynada ölən oğluna görə verilən kompensasiya da əlindən çıxdı

Sharing is caring!

Rusiyada hərbçinin anasına qarşı fırıldaqçılıq edən Kazan sakinləri xüsusi hərbi əməliyyat zamanı saxlanılıblar.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onlar Ukraynaya qarşı döyüşdə həlak olmuş hərbçinin anasından Rusiya Bankının əməkdaşları adı altında 12,7 milyon rubldan çox pul mənimsəməkdə şübhəli bilinirlər.

Bir müddət sonra aldadıldığını anlayan qadın polisə müraciət edib. Faktla bağlı cinayət işi başladılıb.

Onun sözlərinə görə, may ayında naməlum şəxslər zərərçəkənə zəng ediblər. Onlar özlərini Rusiya Bankının işçiləri kimi təqdim edərək məlumat sızmasının baş verdiyini və hesablarının sığortalanmasının zəruri olduğunu bildiriblər. Fırıldaqçılığa məruz qalan qadın bir neçə gün dalbadal dələduzların nəzarəti altında müxtəlif məbləğləri çıxararaq onların göstərdikləri abonent nömrələrinə, bank hesablarına və elektron pul kisələrinə köçirib. Cinayətkarlara ümumilikdə 12,7 milyon rubldan çox pul, o cümlədən ölən hərbçilərin ailə üzvlərinə qanunla nəzərdə tutulmuş ödənişlər, həmçinin qurbanın şəxsi əmanətləri və kreditə götürülən pullar köçürülüb.

“Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis Kazan şəhərində yaşı 20-22 arasında olan dörd yerli sakini saxlayıb. Yaxın vaxtlarda müstəntiq onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək”, – deyə Volk bildirib.

Məlum olub ki, saxlanılan şəxslər mənzil kirayələyib və orada qərargah deyilən yer təşkil ediblər, oradan pul vəsaitlərinin nağdlaşdırılması və nəzarət edilən hesablara köçürülməsi əməliyyatlarını əlaqələndiriblər. Ərazidə axtarış zamanı polis əməkdaşları tərəfindən 50 mobil telefon, 380-ə yaxın bank kartı və 250 sim kart aşkar edilərək götürülüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir