Türkiyənin Konya vilayətinin Meram rayonunda 5,1 bal gücündə yeraltı təkan qeydə alınıb.
Xəbəral.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Ocağı yerin 10,61 kilometr dərinliyində olan zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Xəbəral.az