Dünya

“Ferrari”nin direktoru koronavirusa yoluxandan sonra istefa etdi

Sharing is caring!

İtalyan idman avtomobili istehsalçısı “Ferrari NV”nin icraçı direktoru Luis Kamilleri koronavirus xəstəxanasına yerləşdirildikdən sonra gözlənilmədən istefa edib.

Bu barədə “The Wall Street Journal” yazıb.

Onun “Ferrari”nin direktorlar şurasından da çıxdığı bildirilir. Şirkət müvəqqəti CEO-nun icraçı başçı Con Elkan olacağını açıqlayıb.

Bundan əlavə, Kamilleri “Philip Morris International Inc.” şirkətinin idarə heyətinin sədri vəzifəsindən də gedib. 2021-ci ilin mayından onu tütün şirkətinin hazırkı icraçı direktoru Andre Kalandzopulos əvəz edəcək.

“Ferrari” və “Philip Morris” mətbuata açıqlamalarında Kamillerinin “şəxsi səbəblərə görə” istefa qərarına gəldiyini deyiblər.

Kamillerinin artıq xəstəxanadan çıxaraq, müalicəsini evdə davam etdirdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir