Dünya

ABŞ Silahlı Qüvvələri Qəzzada süni liman qurdu – FOTO

Sharing is caring!




ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əməkdaşları humanitar yardımın çatdırılması üçün Qəzza zolağının sahillərində müvəqqəti pontonlu süni liman qurublar.

Bu barədə CENTCOM-un “X” hesabında dərc olunan bəyanatda bildirilib.

“Bu gün yerli vaxtla təxminən saat 07:40-da Fələstin sakinlərinə humanitar yardımın çatdırılmasını təmin edən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməkdaşları Qəzza zolağının sahilində müvəqqəti süni liman qurublar”, – deyə bəyanatda qeyd edilib.

Həmçinin ABŞ qoşunlarının strukturu quraşdırmaq üçün Fələstin anklavı ərazisinə daxil olmadıqları da vurğulanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir