Dünya

“Real Madrid” Eden Azar üçün “Çelsi”yə beş milyon avro ödəməli olacaq

Sharing is caring!




“Real Madrid” klubu UEFA Çempionlar Liqasının finalına vəsiqə əldə etdiyi üçün “Çelsi” klubuna beş milyon avro ödəməli olacaq.

Məlumata görə, 2019-cu ildə “Çelsi” ilə “Real Madrid” klubu arasında Eden Azarı transfer etmək üçün müqavilə imzalanmışdı.

Müqavilənin şərtlərinə görə isə “Real Madrid” klubu Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazanacağı təqdirdə “Çelsi” klubuna beş milyon avro ödəməli idi. Bunun səbəbi isə “Real Madrid”lə “Çelsi” arasında imzalanan müqavilənin 2024-cü ilin iyul aynadək keçərli olmasıdır.

Qeyd edək ki, Eden Azar mövsümün əvvəllərində futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Mənbə: Marca.com  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir