Dünya

İranlı millət vəkilindən dəhşətli açıqlama: “Abortların yarıdan çoxu evdə edilir” – VİDEO

Sharing is caring!




İranda abortların 85%-i evlərdə həyata keçirilir.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, qorxunc statistika ilə İran parlamentinin əhaliyə və ailəyə dəstək fraksiyasının sədri, millət vəkili Fatimə Məhəmmədbey çıxış edib.

Onun sözlərinə görə, bu həyat üçün təhlükəli proses ailə üzvlərinin özləri tərəfindən qanunsuz dərmanlardan istifadə edilməklə baş tutur.

Millət vəkili belə abortların ananın sağlamlığı ilə yanaşı, psixoloji vəziyyəti üçün də olduqca təhlükəli olduğunu vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir