Dünya

Almaniya kansleri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verildiyini açıqlayıb

Sharing is caring!




Almaniya kansleri Olaf Şolts üçüncü “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verildiyini açıqlayıb.

Onun sözlərinə görə, bu, asan qərar deyildi, çünki Almaniyada belə sistemlər elə də çox deyil.

“Patriot” sistemlərindən əlavə, Ukrayna döyüş tankları, çoxsaylı raket buraxılış sistemi və digər ağır texnika alacaq. Şolts qeyd edib ki, bir sıra ölkə Berlinin çağırışı ilə artıq yeni təchizat elan edib.

Siyasətçi, həmçinin əlavə edib ki, hələlik Ukraynaya silah vermək istəyən çox deyil.

Mənbə: Stern

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir