Dünya

Britaniyanın müdafiə nazirindən bəyanat: “London Kiyevə Krıma zərbələr endirməyə icazə verib”

Sharing is caring!




“London Kiyevə Krıma zərbələr endirməyə icazə verib”.

Bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib və onun çıxışı “Sky News” telekanalında yayımlanıb.

Qrant Şapps bunu onunla əsaslandırıb ki, yarımadanı Ukraynanın bir hissəsi hesab edir.

“Bildiyiniz kimi, biz Ukrayna ərazisində, o cümlədən Ukraynanın ayrılmaz hissəsi hesab etdiyimiz Krımda silahdan istifadəyə icazə vermişik”, – deyə britaniyalı nazir bildirib.

Şapps əlavə edib ki, o, Britaniya silahlarının yalnız beynəlxalq humanitar hüquqa tam uyğun olaraq Ukraynada istifadəsini dəstəkləyir.

Xatırladaq ki, mayın 3-də Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukrayna Silahlı Qüvvələrinin Britaniya silahlarından istifadə etməklə Rusiyaya zərbələr endirmək üçün hədəfləri müstəqil seçmək hüququna malik olduqlarını bildirib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir