Dünya

Türkiyədə ciddi təhlükə: Ərdoğan fövqəladə iclas çağırdı – FOTO

Sharing is caring!




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilən çevrilişlə bağlı xəbərdarlıq etdikdən sonra gecə yarısı Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla təcili iclas keçirib.

Bu barədə jurnalist Ziya Osman Açlkel özünün “X” sosial şəbəkə hesabından xəbər verib.

Xəbərdarlıq “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqəsi ola biləcək polislərin səs-küylü şəkildə işdən çıxarılmasından sonra edilib.

Ərdoğana xəbərdarlıq edən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının sözlərinə görə, hər şey 2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdinin təkrarlanması ehtimalına işarə edir.

Türkiyə prezidentinin Ədalət və İnkişaf Partiyasının toplantısında bu məsələ ilə bağlı mühüm açıqlamalar verməsi gözlənilir.

Xatırladaq ki, 7 sentyabr 2023-cü ildə Ankara Esenboğa hava limanında saxlanılaraq həbs edilən Ayhan Bora Kaplan da daxil olmaqla 61 nəfərə qarşı cinayət işinin araşdırılması davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir