Dünya

Pike futbolda inqilabi yeniliklər təklif etdi

Sharing is caring!

“Barselona” və İspaniya millisinin keçmiş müdafiəçisi Jerar Pike futbolda heç-heçənin ləğv edilməsi təşəbbüsü ilə çıxış edib.

“Futbolda bir qaydanı dəyişdirə bilsəydiniz, bu, hansı olardı?” sualını cavablandıran idmançı maraqlı təklif ilə yadda qalıb:

“Daha çox qol vurmağın və ya oyunun heç-heçə bitməsinin qarşısını almağın yollarını tapmalıyıq. Ola bilsin ki, bərabərliyi ləğv etmək lazımdır. Niyə də yox? Beysbol və ya basketbolda heç-heçə yoxdur. Siz oyuna gedirsiniz və oyun heç-heçə ilə bitir. Sual yaranır: Kim qalib gəldi?

Futbol dəyişiklikdən qorxur. Onun böyük tarixi var, çox ənənəvidir, lakin dəyişiklik olacaq, olmalıdır. Yeni nəsil üçün 0:0 hesabı ilə bitə biləcək 90 dəqiqəlik oyunu başa düşmək çətindir”, – deyə Pike bildirib.

Mənbə: footballhd.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir