Dünya

Zelenski ilk dəfə Ukrayna ordusunun itkilərini açıqladı – VİDEO

Sharing is caring!


Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri 31 min ukraynalı əsgər ölüb.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

Qeyd olunur ki, o, ilk dəfə olaraq Ukrayna tərəfinin münaqişədə itkilərini rəsmən açıqlayıb.

“Bu, 31 min ukraynalıdır”, – deyə o, jurnalistin ölənlərlə bağlı sualını cavablandırıb.

Ukrayna prezidenti yaralıların və itkinlərin sayını açıqlamaqdan imtina edib.

“Bağışlayın, mən sizə bu məlumatı deməyəcəyəm (yaralılar və itkin düşənlər haqqında). Ukraynada hələ də itkin düşənlər var, lakin bu rəqəm hələ açıqlanmayacaq”, – deyə Zelenski əlavə edib.

O, həmçinin aydınlaşdırıb ki, Rusiya ilə keçmiş məhbus mübadilələri zamanı bir neçə itkin düşmüş ukraynalı hərbçinin sağ-salamat ölkəyə qayıtdığı məlum olub.

Mənbə: strana.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir