Dünya

Beş NATO ölkəsinin çevik reaksiya qüvvələri Polşada toplanıb – FOTO

Sharing is caring!


NATO müttəfiqləri olan Türkiyə, Albaniya, Polşa, İspaniya və Böyük Britaniyanın çevik reaksiya qüvvələrini sınaqdan keçirmək üçün texnikalar Polşaya yerləşdirilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə NATO-nun yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, müttəfiq ölkələrin çevik hərbi maşınları hava, quru və dəniz yolu ilə sürətlə Polşaya gətirilir.

Qeyd edək ki, Polşada (25 fevral – 14 mart) Polşa tank süvari diviziyasının iştirakı ilə “Dragon-24 manevri” olacaq. Bu manevr “Brilliant Jump’24” adlı təlimlə birləşdiriləcək. Tədbirin “Dravsko Pomorske” poliqonunda keçirilməsi planlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir