Dünya

Putin Rusiya üçün ən sərfəli olacaq ABŞ prezidentinin adını çəkdi

Sharing is caring!


“Ağ Evin hazırkı rəhbəri Co Bayden ABŞ prezidenti kimi Rusiya üçün rəqibi Donald Trampdan daha faydalı olacaq”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinin sualını cavablandırarkən deyib.

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.  

Putinin fikrincə, demokrat daha təcrübəli siyasətçidir və hərəkətlərinin proqnozlaşdırılması mümkündür.

“Bayden. O, daha təcrübəli insandır, proqnozlaşdırılandır. O, köhnə formasiyanın siyasətçisidir. Hesab edirəm ki, ABŞ-də daxili siyasi seçki kampaniyası getdikcə güclənir və daha kəskin şəkil alır. Zənnimcə, bizim bu prosesə müdaxilə etməyimiz düzgün deyil”, – deyə Putin vurğulayıb.

O, həmçinin qeyd edib ki, ixtisaslaşmış həkim olmadığı üçün Baydenin səhhəti ilə bağlı şərh vermək hüququ yoxdur.

Vladimir Putin üç il əvvəl Amerika lideri ilə Cenevrədə görüşünü xatırladıb. Onun sözlərinə görə, o zaman bəzilərinin artıq siyasətçinin bacarıqsız olduğunu söyləmələrinə baxmayaraq, belə bir hal müşahidə etməyib. Putin etiraf edib ki, o zaman onların hər ikisi bəzən öz sənədlərinə göz gəzdiriblər və bunda qəribə heç nə yoxdur.

Qeyd edək ki, daha əvvəl Putin Rusiyanın istənilən ABŞ lideri ilə işləməyə hazır olduğunu təsdiqləyib. O, jurnalist Pavel Zarubinlə söhbətində Moskvanın amerikalıların seçdiyi prezidentlə əməkdaşlığa hazır olduğunu nəzərə çatdırıb.

Mənbə: NEWS.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir