Dünya

140 min dollarlıq hədiyyə üzüyü bir dəqiqə əlində saxlaya bilməyib kanalizasiyaya saldı – VİDEO

Sharing is caring!


Gələcək gəlini üçün üzük almaq cəhdi çinli kişinin başına bəla olub. Belə ki, bəyin atası 140 min dollar dəyərində (238 min manat) nefrit qaşlı üzüyü əlində saxlaya bilməyib və pəncərədən yerə salıb. Nəticədə qiymətli üzük doqquzuncu mərtəbədən birbaşa kanalizasiya kanalına düşüb.

Kişinin sözlərinə görə, o, nefritin təbii işıqda necə “oynadığını” görmək istəyirmiş.

Quanqdonq sakini çarəni komanda yaratmaqda və qiymətli zinət əşyasının axtarışına başlamaqda görüb. O, işçilərin hər biri üçün gündəlik xidmətləri müqabilində təxminən 70 dollar verib. Nəhayət dörd gün çəkən axtarışdan sonra üzük tapılaraq sahibinə qaytarılıb.

Tapıntı atəşfəşanlıqla qeyd olunub.

Mənbə: KP.ru
 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir