Dünya

Moskvaya uçan Hindistan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb – VİDEO

Sharing is caring!


Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.

Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Bədəxşan əyalətində yerə çırpılıb. 

Bildirilir ki, özəl təyyarə “Atletik Qrup”a məxsusdur və göyərtəsində 6 nəfər olub. Təyyarə Daşkənd üzərindən Moskvaya uçub.

“Taliban” hərəkatının nümayəndələri hadisənin baş vermə şəraitini araşdırmaq üçün bölgəyə qrup göndərildiyini bildiriblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir