Dünya

Kanada məhkəməsi İrana bağlı ikinci rəsminin ölkədən qovulmasına qərar verdi – FOTO

Sharing is caring!


İranın Prezident Administrasiyasında İnformasiya Texnologiyaları Şöbəsinin keçmiş müdiri Məcid İranməneşin ölkədən qovulmasına qərar verilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

Məlumata görə, Kanadanın Miqrasiya və Sığınacaq Məhkəməsində Məcid İranməneşin deportasiyası ilə bağlı ilk məhkəmə iclası keçirilib. O, məhkəmə iclasında vəkilsiz çıxış edib və bunu maliyyə problemi ilə əlaqələndirib.

Bununla yanaşı, məhkəmə prosesinə qədərki dinləmələr zamanı Kanada rəsmiləri ilə ingilis dilində danışmasına baxmayaraq məhkəmədə tərcüməçi tələb edib.  

İran hökumətinə bağlı olduğuna görə Kanadadan qovulması ilə bağlı məhkəmə prosesi zamanı Məcid İranməneş ölkəni könüllü tərk etməsinə icazə verilməsini istəyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir