Dünya

Putin amerikalı boksçuya və kanadalı hokkeyçiyə Rusiya vətəndaşlığı verib – FOTO

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Consona və Sankt-Peterburqun “SKA” klubunda çıxış edən kanadalı hokkeyçi Brandon Laypsikə Rusiya vətəndaşlığı verib.

Qeyd olunur ki, Rusiya vətəndaşlığının verilməsi ilə bağlı prezidentin fərmanına 44 nəfər daxildir.

Rəsmi saytda dərc olunan sənəddə Kalageorgi Andrey Leonun da Rusiya vətəndaşlığı aldığı bildirilir.

Krım Respublikası Baş nazirinin müavini Georgi Muradovun sözlərinə görə, Kalageorgi II Yekaterinanın nəslindəndir.

Həmçinin, 1999-cu ildə Yuqoslaviyadan ölkəyə gələn Ratko Samatsa da Rusiya vətəndaşlığı alıb. Bosniya və Herseqovina 1993-cü ildə törədildiyi iddia edilən müharibə cinayətləri ilə bağlı Ratko Samatsın ekstradisiyasında israr edirdi. 2016-cı ildə isə Rusiya Baş Prokurorluğu həmin şəxsin ekstradisiya olunmasına imtina edib.

Xatırladaq ki, boksçu Kevin Conson 2023-cü ilin sentyabrında vətəndaşlıq üçün müraciət edib. İdmançının nümayəndəsi bildirib ki, boksçu Rusiya prezidentinin şərəfinə Vladimiroviç ata adını götürüb.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir