Dünya

Meksikada təyyarə qəzaya uğrayıb, ölənlər var

Sharing is caring!


Meksikanın Koauila ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

Məlumata görə, Texas ştatının Brounsvill şəhərindən havaya qalxan təyyarə Meksikanın Matamoros şəhərində dayanaraq Koauila ştatında yerləşən Plan-de-Quadalupe hava limanına doğru yola düşüb. İlkin ehtimallara görə, qəzaya yanacaq çatışmazlığı və güclü külək səbəb olub.

Təyyarədə olan bir pilot və üç sərnişinin meyitləri aşkarlanıb, onların kimliyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: El Heraldo de Saltillo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir