Dünya

Milyarder pedofil məşhurları və siyasətçiləri uşaqların saxlanıldığı gizli adaya aparıb? – FOTO

Sharing is caring!


ABŞ-nin Manhetten ştatının Federal Dairə Məhkəməsi yeniyetmələr də daxil olmaqla insan alverində ittiham olunan maliyyəçi Cefri Epşteynin işi üzrə sənədlərin yeni hissəsini dərc edib. Onun müştəriləri arasında onlarla məşhur olub: aktyorlar, rejissorlar və siyasətçilər.

Epşteyn, onlarla qızı cinsi istismar etməyə imkan verən cinayət şəbəkəsi yaratmaqda təqsirli bilinib. Bəzi məlumatlara görə, o, 2019-cu il iyulun 6-da Nyu-Yorkda həbs olunana qədər insan alveri ilə məşğul olmağa davam edib, həmin ilin avqustunda isə rəsmi versiyaya görə, intihar edib.

İşin materiallarında yer alan şəxslərin siyahısına keçmiş ABŞ prezidentləri Donald Tramp və Bill Klinton, həmçinin ABŞ-nin Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson və ABŞ senatoru Corc Mitçell daxildir.

Bundan başqa, işin materiallarında Britaniya şahzadəsi Endrü, illüziyaçı Devid Kopperfild, astrofizik Stiven Hokinqin, “Ofis” serialının ulduzu aktyor Reyn Uilson, amerikalı aktyor, ssenarist və rejissor Set Makfarleyn, eləcə də müğənni Maykl Ceksonun adları çəkilib.

Qeyd edək ki, bu şəxslərin Epşteyn işində görünən adlar siyahısında olması onların cinayətlərində iştirak etmələri və ya milyarderin təşkil etdiyi ziyafətlərdə iştirak etmələri demək deyil.

Sənədlər ABŞ vətəndaşı Virciniya Cuffrenin Epşteynin keçmiş sevgilisi Gisleyn Maksvellə ​​qarşı açdığı böhtan işinin bir hissəsidir.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir