Dünya

İsrail HƏMAS girovluğunda olan iki nəfərin öldürüldüyünü açıqlayıb

Sharing is caring!


İsrail Fələstinin HƏMAS qruplaşmasının girovluğunda olan iki şəxsin öldüyünü açıqlayıb.

Mənbə yazır ki, kibbutz (İsraildə sosial prinsiplər əsasında qurulmuş kənd təsərrüfatı icması) sakinləri olan İsxak Xaymi Tal və əslən Tanzaniyadan olan stajor-aqronom Coşua Luito Mollel Qəzza zolağında HƏMAS tərəfindən girov saxlanılarkən öldürülüblər.

Qeyd olunur ki, İsxak Xaymi Tal 7 oktyabrda ordunun əlavə qüvvələri gələnə qədər terror hücumunun qarşısını almaq üçün Qəzza ilə sərhəd əraziyə göndərilən qrupun üzvü olub.

Tanzaniyalı tələbə Coşua Luito Mollel isə HƏMAS-ın 7 oktyabr hücumundan cəmi iki həftə əvvəl İsrailə gəlib.

Mənbə: The Jerusalem Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir