Dünya

Azərbaycanda kənd təsərrüfatı üzrə ümumi məşğulluğun payı açıqlanıb

Sharing is caring!


Azərbaycan iqtisadiyyatı ÜDM-in üçdəbirini və ixracın 90%-ni təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılıdır. Mövcud neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və effektiv dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə və yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə rəvac verəcək.

Bu barədə Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) bildirilir.

Qeyd olunur ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün mühüm sahələrdən biridir. Sektor ÜDM-in 8%-dən az hissəsini əhatə etsə də, ümumi məşğulluğun 36%-i onun payına düşür.

Bununla belə, qeyd olunan sektor təkcə ekstremal hava şəraitinə deyil, həm də ölkədə mövcud su çatışmazlığına çox həssasdır. Sektorun temperaturun artması və su əlçatanlığının azalmasına qarşı müdafiəsi iqlim dəyişikliyinə davamlılığı artırmaq və emissiyaları azaltmaqla məhsuldarlığı yaxşılaşdırmaq üçün suvarma səmərəliliyinin artırılmasını və iqlimə uyğun rasional kənd təsərrüfatı təcrübələrinin tətbiqini zəruri edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir