Dünya

Krımda güclü qasırğa: Yaralılar və itkin düşənlər var – VİDEO

Sharing is caring!


Krımda ötən gecə baş verən güclü qasırğa nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bu barədə Sevastopol (Krım yarımadasında şəhər) qubernatoru Mixail Razvojayev məlumat verib.   

Qubernatorun sözlərinə görə, fırtınanın pik nöqtəsi hələ qabaqdadır – istismar və kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir.

Sevastopolda park edilmiş avtomobillərin üzərinə divar uçub. Ümumilikdə pis hava şəraiti üç binanın fasadına, 20 evin dam örtüyünə, 17 avtomobilə ziyan vurub, 63 ağac aşıb.

Su basması səbəbindən Aluşta-Sudak-Feodosiya avtomobil yolunda Morskoye kəndinin girişində nəqliyyatın hərəkəti dayandırılıb.

Həmçinin qasırğa zamanı 50 yaşlı Krım sakininin itkin düşdüyü ilə bağlı məlumatlar var. Mənbələrin bildirdiyinə görə, o, böyük dalğalara baxmaq üçün Morskoye kəndindəki Rusiç bazarına doğru gedib və yoxa çıxıb. İtkin düşmüş şəxsin yaxınlarının hadisə ilə bağlı artıq Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məlumat verdikləri deyilir. Lakin nazirliyin rəsmi məlumatlarında hələ itkin düşənlər barədə məlumat təqdim edilməyib.

Mənbə: “Mash” “Telegram”, NEWS.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir