Dünya

Tehran metrosunda qadınlar məcburi hicaba görə həbs ediliblər – FOTO

Sharing is caring!


Tehran metrosunda qadınlar məcburi hicaba görə həbs ediliblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı Tehran Metropoliteni yanında Polis İdarəsinin rəisi Abbas Kərimirada istinadən xəbər verib.

Məlumata görə, Tehran metrosunda əxlaq polisinin qadın əməkdaşı məcburi hicabdan imtina edən üç xanıma xəbərdarlıq edib. Qadınlar isə onu döyüblər.

Abbas Kərimiradın sözlərinə görə, kameralar vasitəsilə qarşıdurmanı görən metropoliten işçiləri bu vəziyyəti polis işçisinə çatdırıblar, sonra üç qadın həbs olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir