Dünya

Ermənistanda müxalifət lideri terror aktının hazırlanması işi ilə bağlı istintaqa çağırıldı

Sharing is caring!


Ermənistanda müxalifətin liderlərindən hesab olunan, “Milli demokratik qütb” Şurasının üzvü Jirayr Sefilyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Bu barədə sözügedən siyasi birliyin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sefilyan noyabrın 2-də haqqında məlumat verilən terror aktının hazırlanması ilə bağlı cinayət işi çərçivəsində istintaqa çağırılıb.

Qeyd edək ki, noyabrın 2-də Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrupu saxladığını bildirib.

Mənbə: Ermənistan KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir