Dünya

Almaniya hakimiyyəti ordunun modernləşdirilməsini sürətləndirə bilmədiyini açıqladı

Sharing is caring!


“Almaniya Avropada hipotetik müharibədə özünü müdafiə etməyə hazır olmalıdır. Lakin silahlı qüvvələrin modernləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilməz”.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

“Biz yenidən Avropada müharibə təhlükəsinin yarana biləcəyi fikrinə alışmalıyıq. Bu isə o deməkdir ki, biz döyüşə və müdafiəyə hazır olmalıyıq”, – o, qeyd edib.

Pistorius həmçinin Almaniyanın Müdafiə Nazirliyinin 100 milyard avroluq müdafiə fondundan çox ləng xərcləməsi ilə bağlı tənqidlərə də cavab verib. Bildirib ki, bu prosesi çox sürətləndirmək mümkün olmayacaq. Onun sözlərinə görə, ilin sonuna qədər ümumi həcmin təxminən üçdə ikisi istifadə olunacaq, lakin istehsal və çatdırılma vaxt aparır.

“Son 30 ildə az maliyyələşən bir şeyi 19 ayda düzəltmək mümkün deyil”, – deyə nazir Almaniya Silahlı Qüvvələrini nəzərdə tutaraq, əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir