Dünya

İsrail prezidenti: “HƏMAS yaraqlılarının kimyəvi silahların hazırlanmasıyla bağlı təlimatları var” – VİDEO

Sharing is caring!


“İsrailə soxulan Fələstinin radikal HƏMAS hərəkatının üzvləri kimyəvi silahların necə hazırlanacağına dair təlimatlara malik olublar”.

Bu barədə İsrail Prezidenti İsxak Hersoq Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, HƏMAS-ın öldürülən yaraqlılarından birinin cəsədinin üzərində sianidlə əldəqayırma kimyəvi silahın necə hazırlanması və istifadəsi ilə bağlı məlumatlar tapılıb. Prezident bu vəziyyəti şokedici adlandırıb:

“Bunlar “Əl-Qaidə” terrorçularının rəsmi materiallarıdır. Biz İŞİD, “Əl-Qaidə” və HƏMAS ilə mübarizə aparırıq”, – deyə o vurğulayıb.

Müsahibə zamanı Hersoq təlimat vərəqlərinin laminasiya olunmuş surətlərini də göstərib. Vərəqlərin birində latın hərfləri ilə “Əl-Qaidə” yazısı aydın görünür.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir