Dünya

BMT: “Əfqanıstanda zəlzələdə ölənlərin 90%-i qadın və uşaqlardır”

Sharing is caring!


BMT rəsmiləri cümə axşamı bildiriblər ki, keçən həftəsonu Əfqanıstanın qərbində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin 90%-dən çoxu qadın və uşaqlardır.

UNICEF-in Heratdakı ofisinin rəhbəri Siddiq İbrahim zəlzələnin qadın və uşaqların evdə olduğu səhər saatlarında baş verdiyindən ölənlərin də daha çox qadın və uşaq olduğunu deyib.  Bundan başqa, ilk zəlzələnin partlayış olduğunu düşünən insanların evlərinə qaçması da ölənlərin sayını artırıb.

Məlumata görə, Zenda-Canda əksəriyyəti qadınlar olmaqla yüzlərlə adam itkin düşüb.

Mənbə: unn.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir