Dünya

Türkiyədə qırmızı və boz kateqoriyada axtarışda olan iki terrorçu zərərsizləşdirildi: Real kadrlar- FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin Şırnak və Diyarbekir vilayətlərində həyata keçirilən əməliyyatlar zamanı qırmızı və boz kateqoriyada axtarışda olan 2 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” hesabında paylaşım edib.

“Şəhidlərimizin qanı yerdə qalmadı. Terrorçuların 9 təhlükəsizlik işçimizin şəhid olduğu, 21 təhlükəsizlik əməkdaşımız yaralandığı hadisələrdə iştirak etdikləri müəyyən olundu. Əziz millətimin bilməsini istərdim ki, son terrorçu zərərsizləşdirilənə qədər əzm və qətiyyətlə mübarizəmizi davam etdirəcəyik”, – deyə Əli Yerlikaya paylaşımda bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir