Dünya

Yaşar Güler Qarabağdakı vəziyyət barədə: “Bölgədəki mənzərə bir gündə dəyişdi”

Sharing is caring!


“Qarabağda 44 gün ərzində başa çatan antiterror tədbirlərin sonunda Ermənistan atəşkəs sazişini imzaladı. İmzaladığınız saziş var və onun şərtlərinə əməl etmək məcburiyyətindəsiniz. Bunların hamısı qanla yazılıb, şəhidlər verilib, qazilərimiz var və nəticədə bir saziş var. İndi “Mən əməl etmirəm, Zəngəzur dəhlizini açmayacağam” bəhanələri necə məqbul sayıla bilər?”

Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.  

“Burada yerləşən mədənlər qeyri-qanuni şəkildə istismar edilir. Bunların hamısı azərbaycanlı qardaşlarımızın milli dəyərləridir. Bunlar oradakı insanlara məxsusdur. Amma onlar heç bir xəbərdarlığa qulaq asmadılar, uzun müddətdir ki, problemlər yaradır, yolları bağlayırlar. Son 10-15 günə baxın, hər gün xəbərdarlıqlar olunur, imzalanan sülh müqaviləsini tətbiq edək deyilir. Amma heç nə dəyişmədi və sonda 44 günlük əməliyyatın başlanğıcında olduğu kimi, azərbaycanlı qardaşlarımız onlara lazımi şəkildə cavab verdilər”, – deyə Yaşar Güler bildirib.

Güler qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində bölgədəki mənzərə bir gündə dəyişib.

“Bir günlük müddət başa çatdıqda təslim olduqlarını, bütün silahlarını təhvil verəcəklərini və bölgədən gedəcəklərini dedilər. Rusiya da verdiyi bəyanatda oradakı bütün torpaqların Azərbaycana məxsus olduğunu bildirdi.

İndi Paşinyan ordakılarla hər hansı bir əlaqələrinin olmadığı barədə bəyanat verir. Bəs sizin əlaqəniz yoxdursa, onları kim dəstəkləyir? İnşallah, bu yaşananlar qarşımızdakı uzunmüddətli sülhə doğru bir addım olar. Xüsusilə də Ermənistan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirər və sülh müqaviləsindəki maddələr də tez bir zamanda tətbiq edilər. Bölgəyə tam şəkildə sülh və əmin-amanlıq mühiti gətirilmiş olar…”, – deyə Güler əlavə edib.

Mənbə: “Milliyet”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir