Dünya

Qvatemalanın eks-prezidenti səkkiz il müddətinə azadlıqdan məhrum edildi

Sharing is caring!


Qvatemalanın keçmiş prezidenti Otto Peres Molina daha bir korrupsiya işi üzrə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat verib.

Prokurorluq bildirib ki, təqsirkarın etirafı onun cəzasının yüngülləşdirilməsinə kömək edib. Məhkəmə onu dələduzluğa görə iki il həbs, rüşvət aldığına görə iki il yarım həbs və 250 min kvetzal (31 min dollar) cərimə, həmçinin çirkli pulların yuyulmasına görə üç il yarım həbs və 10,5 milyon kvetzal (1,3 milyon dollar) məbləğinda cərimələyib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Peres Molina cinayətdə əlbir olma və gömrük ödənişlərindən yayınma ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluq və BMT-nin Qanunsuzluğa Qarşı Mübarizə Komissiyası 2015-ci ilin yazında gömrük orqanlarının işində geniş korrupsiya sxemi aşkarlayıb. Həmin ilin sentyabrında Peres Molinanın məhkəmə toxunulmazlığı ləğv edilib və Parlament onun istefasını qəbul edib. Daha sonra sabiq prezident məhkəmənin qərarı ilə həbs edilib.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir