Dünya

“Forsaj”ın ulduzu təsərrüfat mağazasından bir milyon dollar tələb edir

Sharing is caring!


Aktyor Tayris Gibson “The Home Depot” təsərrüfat malları mağazasını məhkəməyə verir.

O, özünün və iki həmkarının irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib. Sənətçi mağazadan bir milyon dollar tələb edib.

Məhkəmə iddiasında bildirilir ki, satıcılar “dərisinin rənginə görə Gibson haqqında əsassız şübhələrə əsaslanaraq, ona məhsul satmaqdan imtina ediblər”. Sənəddə həmçinin deyilir ki, Gibson mağaza müdiri ilə yalnız 20 dəqiqəlik “şiddətli mübahisə”dən sonra alış-verişi başa çatdıra bilib.

“Kassir və menecerin hərəkətləri irq və mənşəyə görə ayrı-seçkilik xarakteri daşıyır. Pis rəftarın başqa ağlabatan izahı yoxdur”, – iddiada deyilir.

Qeyd edək ki, Gibson daha çox “Forsaj” filmlərindəki Roman Pirs rolu ilə tanınır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir