Dünya

Ukrayna ordusu rusiyalı hərbçiləri Avdeyevka mövqelərindən uzaqlaşdırdı – FOTO

Sharing is caring!


Ukrayna ordusu Rusiya hərbçilərini Donetsk vilayətinin Avdeyevka rayonundakı mövqelərindən uzaqlaşdırıb.

Həmçinin müdafiə qüvvələri Liman-Kupyansk istiqamətində rusiyalıların hücumunun qarşısını alıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah spikeri Pavel Kovalçuk telemarafonun efirində məlumat verib.

“Müdafiə qüvvələrinin hücum əməliyyatları zamanı düşmən Avdeyevkanın cənubundakı mövqelərdən geri çəkilməyə məcbur oldu”, – deyə o qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, Baxmut istiqamətində Ukrayna hərbçiləri şəhərin cənubunda hücum əməliyyatlarını davam etdirirlər.

O, düşmənin ehtiyatlardan istifadə edərək müqavimət göstərməyə davam etdiyini, şiddətli döyüşlərin getdiyini vurğulayıb.

Eyni zamanda, müdafiə qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatları aparır və işğal olunmuş xətlərdə möhkəmlənərək düşmənə xeyli itki verirlər.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir