Dünya

Qarsda sərnişin avtobusu dərəyə aşdı: Ölənlər və yaralananlar var – VİDEO

Sharing is caring!


Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, yeddi nəfər ölüb, daha 22 sərnişin yaralanıb.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Bursa-Qars istiqaməti üzrə hərəkətdə olan sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişində 50 metr hündürlükdən aşıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və polislər cəlb ediliblər.

Yaralılar xəstəxanalara çatdırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir