Dünya

İran İnsan Haqları Təşkilatı Xamenei ilə bağlı etiraz bəyanatı yaydı – FOTO

Sharing is caring!


Norveçdə yerləşən qeyri-hökumət təşkilatı olan İran İnsan Haqları Təşkilatı İranın ali dini rəhbəri Əli Xameneinin Avropa vətəndaşlarının edam ediləcəyi ilə bağlı hədə-qorxularına etiraz edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Sənəddə bildirilir ki, bu, edam hökmlərinin icrasının İrandan xaricdə də həyata keçiriləcəyi ilə bağlı təhdiddir.

“Təəssüf ki, bu ilin may ayında “nikahdankənar münasibət” ittihamı ilə bir nəfərin, “müqəddəsləri təhqir etmək” ittihamı ilə isə iki nəfərin edam edilməsinə beynəlxalq ictimaiyyətin lazımi reaksiya verməməsi İran rəhbərlərini oxşar hökmlər çıxarmağa, hətta Avropa vətəndaşlarını da edam etməklə hədələməyə sövq edib”, – deyə bəyanatda vurğulanıb.

Həmçinin bildirilib ki, dünya ictimaiyyəti 21-ci əsrdə fikir azadlığı səbəbilə insanların edam edilməsinə dözümlü olmamalıdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir