Dünya

Baş məşqçi: “Musa Qurbanlı künc bayrağı yaxınlığında qol epizodu axtaran hücumçulardan deyil”

Sharing is caring!


“Musa cərimə meydançasının xaricinə çıxıb künc bayrağı yaxınlığında qol epizodu axtaran hücumçulardan deyil”.

“Report”un məlumatına görə, bunu İsveçin “Yurqorden” komandasının baş məşqçisi Tomas Lagerlöf yeni transfer Musa Qurbanlı barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisinin futbolçusu daim cərimə meydançasına daxil olmaq istəyən əsl doqquz nömrədir:

“Hər zaman hərəkətlidir və qol vura biləcəyi boş sahələr axtarır. Zəhmətkeş, fiziki cəhətdən güclü və son nöqtəni qoymağı bacaran oyunçudur. Başı, sağ və ya sol ayağı ilə fərqlənə bilir”.

İsveçli çalışdırıcının sözlərinə görə, 21 yaşlı forvard “Malmö”yə qarşı ölkə çempionatının oyununda “Yorqorden”də debüt edə bilər:

“Bunun üçün sənədləri hazır olmalıdır. Qalan məsələlər isə özündən asılıdır. Oynamağa hazırdırsa, meydana çıxacaq. Düşünürəm ki, Musa bu barədə digər transferlərdən öndədir. Milli komanda ilə məşq edib. Yenə də hər şey oyunçunun hazırlıq səviyyəsindən asılı olacaq”.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir