Dünya

Britaniya xarici tələbələrə ailə üzvlərini gətirməyi qadağan edəcək

Sharing is caring!


Böyük Britaniya hökuməti əcnəbi tələbələrə ailə üzvlərini özləri ilə krallığa gətirməyə icazə verməyəcək.

Krallığın Daxili İşlər Nazirliyi ölkədə miqrasiyaya qarşı mübarizədə sərtləşdirmə qaydalarına əl atıb.

Qeyd edilir ki, yeniliklərin qüvvəyə mindiyi 2024-cü ilin yanvar ayından tələbələr öz qohumları üçün uzunmüddətli viza üçün müraciət edə bilməyəcəklər. Müvafiq qərarın aspirantlara aid olmadığı qeyd edilir.

Həmçinin, tələbələr təhsilləri başa çatana qədər viza növünü təhsildən işə dəyişə bilməyəcəklər.

Böyük Britaniyanın baş naziri Rişi Sunakın nümayəndəsi qərarı şərh edərkən bildirib ki, hökumətin məqsədi miqrasiya göstəricilərini azaltmaqdır. O, 2019-cu ildən 2022-ci ilə qədər Böyük Britaniyada təhsil alan tələbələrin qohumlarına verilən vizaların sayının 8 dəfə artdığına diqqət çəkib.

Mənbə: Sky News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir