Dünya

İngilis hakimdən ÇL finalı ilə bağlı etiraf: “Ramosun qolu ofsayddan vurduğunu bilirdim”

Sharing is caring!


İngiltərəli keçmiş hakim Mark Klattenburq 2016-cı ildə Çempionlar Liqasının (ÇL) “Real Madrid” və “Atletiko Madrid” arasında keçirilmiş final oyunu ilə bağlı etiraf edib.

48 yaşlı sabiq referi Serxio Ramosun son dəqiqələrdə ofsayddan qol vurduğunu bildiyini deyib:

“Serxio Ramosun vurduğu qolun ofsayd olduğunu bilirdim, amma yan xətt hakimi mənə demədi. Top cərimə meydançasına ötürüləndə Qaret Beylin də, Ramosun da ofsaydda olduqlarını gördüm. Beylin baş zərbəsini görməyən köməkçimin müdaxiləsini gözləyirdim və ona qışqırdım. Ancaq qolu ləğv edə bilmədim, çünki Ramosun ofsaydda olduğu təsdiqlənmədi”.

Ramosun 90+3-cü dəqiqədə vurduğu sözügedən qoldan sonra matç 1:1 hesabı ilə başa çatıb. “Real” penaltilər seriyasında 5:3 üstün olaraq ÇL-in qalibi adını qazanıb.

Mənbə: Pixstory.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir