Dünya

Polşa prezidenti Putinə nə deyəcəyini açıqlayıb

Sharing is caring!

Polşa prezidenti Anjey Duda bildirib ki, əgər rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilsəydi, ona Ukraynadakı münaqişənin Moskva üçün xoşagəlməz nəticələri barədə xəbərdarlıq edərdi.

“Vladimir Putinə nə deyərdim? Ona deyərdim ki, gec-tez bu, onun üçün pis bitəcək. Çünki inanıram ki, dünya birləşəcək, dürüstlük və ədalətin tərəfində olacaq. Düzgünlük və ədalət isə Ukraynanın tərəfdədir”, – deyə  Duda Bazar günü Britaniya Yayım Korporasiyasına (BBC) müsahibəsində bəyan edib.

O, qeyd edib ki, əgər azad dünya, Qərb ictimaiyyəti, Qərb demokratiyası, NATO və Avropa Birliyi, ABŞ ilə birlikdə Ukraynanı dəstəkləyirsə, onda Vladimir Putin gec-tez uduzmalıdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir