Dünya

Yunanıstanlı xilasedicilər Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım edirlər – VİDEO

Sharing is caring!

Episentri Kahramanmaraş şəhəri olan və 10 vilayətdə hiss edilən dəhşətli zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə axtarış-xilasetmə dəstələrini səfərbər edib. Onların arasında Yunanıstan da var.

Yunanıstan Mülki Müdafiə Agentliyinin məlumatına görə, Türkiyəyə kömək etmək üçün Yunanıstan Yanğınsöndürmə Xidmətinin xüsusi fəlakətlərin idarə olunması bölməsinin 21 üzvü, iki xilasedici it, bir xilasetmə maşını, beş həkim və tibb işçisi, geoloqlar və mülki müdafiə ekspertlərindən ibarət heyət yollanıb.

Sosial şəbəkələrdə onların axtarış-xilasetmə əməliyyatlarından görüntülər yayılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir