Dünya

Türkiyəli professordan açıqlama: “Tarixə düşəcək böyük zəlzələlərdən birini yaşadıq”

Sharing is caring!

“Güclü zəlzələlərin afterşokları da güclü olur”.

Bu sözləri zəlzələ mühəndisliyi üzrə mütəxəssis, professor Zeki Hasgür deyib.

Professor Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ ilə bağlı qiymətləndirmə aparıb.

“Güclü zəlzələlərin afterşokları da güclü olur. 6,4; 6,2 və 5,3 bal gücündə zəlzələlər dağıntıların artmasına səbəb oldu. Vətəndaşlar qəzalı binalara daxil olmaqdan çəkinməlidirlər”, – deyə o qeyd edib.

Zeki Hasgür Türkiyənin zəlzələ riskinin yüksək olduğu bir ölkə olduğunu xatırladıb.

“Tarixə düşəcək bir zəlzələ yaşadıq. Yeddi kilometr dərinlikdə baş verən zəlzələdən sonra 13 kilometrlik sahədə çox sayda afterşoklar meydana gəldi. Bu qədər geniş ərazidə hiss olunmasının səbəbi də budur”, – deyə o bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir