Dünya

Fransada Yeni il gecəsi 700-ə yaxın avtomobil yandırılıb

Sharing is caring!

Fransada Yeni il gecəsi 490 nəfər saxlanılıb, iğtişaşlar zamanı 690 avtomobil yandırılıb.

Rəqəmləri ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.

Polis departamenti hesab edir ki, bu, Yeni il gecəsi avtomobillərin ən az sayda yandırıldığı bayram olub.

Belə ki, bir il əvvəl analoji gündə Fransada 441 nəfər saxlanılıb və 874 avtomobil yandırılıb.

Bildirilib ki, 90 min polis və jandarm bütün gecəni xidmətdə olub. Hüquq-mühafizə orqanlarından bir sıra zərərçəkənlər barədə də məlumat verilir.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir