Dünya

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Prezident Administrasiyasına çağırıldı

Sharing is caring!

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.

Caliber.az-ın məlumatına görə, görüş zamanı UNICEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi qəbuledilməz bəyanatlardan narahatlıq ifadə olunub.

UNICEF-in İrəvan ofisinin rəhbərinin mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi UNICEF-in İrəvan bürosunun rəhbərinin hərəkətlərinin yanlış olduğunu etiraf edib.

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanat yayaraq, “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını”, – qeyd etmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir