Dünya

Rusiyada sakinlərin Merkelə şikayət etdikləri yol təmir olundu – VİDEO

Sharing is caring!

Rusiyanın Omsk vilayəti Yuxarı Karbuş kəndinin sakinləri bir il öncə kömək üçün müraciət etdikləri Almaniyanın keçmiş kansleri Angela Merkeli səfərə dəvət ediblər.

2021-ci ilin yayında onlar videomüraciət yazaraq Almaniya hökumətinin o vaxtkı rəhbərindən kəndə normal yolun tikintisində kömək etməsini xahiş ediblər.

Rusiya hakimiyyətinə edilən çoxsaylı müraciətlərin nəticəsi olmayıb.

Berlində isə bunun Rusiyanın daxili işi olduğu bildirilib.

Buna baxmayaraq, kəndlilər əmindirlər ki, məhz Merkelə müraciət nəticəsində məsələ öz həllini tapıb. Belə ki, onlar üçün artıq yeni yol çəkilib və təntənəli açılışı noyabrın 4-nə nəzərdə tutulub.

Kənd sakinləri Merkelə ürəkdən təşəkkür edərək onu açılışı bildirən rəmzi lenti kəsməyə dəvət ediblər.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir