Dünya

İraqlı hakerlər İsrailin qaz şirkətlərinin saytlarına hücum ediblər

Sharing is caring!

İraqın “Əl-Taxara” haker qrupu İsraildən olan iki qaz şirkətinin saytına hücum edib.

Məlumata görə, hakerlər İran hakimiyyəti ilə əlaqəli ola bilər.

Qeyd olunur ki, Böyük Britaniyada qeydiyyatda olan “Energean” və birbaşa İsrail hökumətinə məxsus olan “İsrail Natural Gas Lines” kiber hücumlara məruz qalıb.

Sentyabrın sonunda İsrailin baş naziri Yair Lapid bildirmişdi ki, ölkə İranın nüvə dövlətinə çevrilməsi təhlükəsi ilə barışmayacaq və bunun qarşısını almaq üçün hər cür səy göstərəcək.

Qeyd edək ki, dünən axşam İran dövlət televiziyasına haker hücumu olub. Hər iki insident arasında əlaqənin olması istisna edilmir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir