Dünya

Ərdoğan: “Putin bizə təşəkkür etdi”

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı ilə bağlı açıqlama verib.

Türkiyə lideri cümə namazından sonra jurnalistlərə açıqlamasında Putinin ona təşəkkür etdiyini bildirib:

“O, vasitəçiliyimizə görə xüsusi olaraq təşəkkür edərək, “Bu uğurlu vasitəçiliyə görə sizi təbrik edirəm” dedi”.

Eyni zamanda, Ərdoğan Qazaxıstanda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI sammiti çərçivəsində Putinlə görüşəcəyini istisna etməyib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir