Dünya

Türkiyə PA nümayəndəsi: “Diplomatiyada qazanılan qələbə Qarabağda döyüşdə qazandığımız qələbəyə görədir”

Sharing is caring!

“Azərbaycan 30 il sürən işğala 44 günə son qoyub. Bu zəfər Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan Ordusunun və xalıqının birliyinin sayəsində mümkün oldu”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının (PA) Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə onun Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasiminə ünvanladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, gələcəkdə də bölgədəki ölkələrin hüquqa söykənərək konstruktiv addımlar atması bu bölgənin inkişafı səbəb olacaq:

“Bu gün diplomatiyada qazanılan qələbə Qarabağda döyüşdə qazandığımız qələbəyə görədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir