Dünya

Tramp prezidentliyə namizədliyi haqqında: “Bəzi insanlar məmnun olmayacaqlar”

Sharing is caring!

ABŞ-ın keçmiş lideri Donald Tramp 2024-cü il prezident seçkisində iştirak edib-etməyəcəyi ilə bağlı yaxın günlərdə qərar verəcəyini bildirib.

“Hamı istəyir ki, mən (ABŞ-da 2024-cü il prezident seçkisində) namizədliyimi irəli sürüm. Mən həm respublikaçıların, həm də demokratların arasında keçirilən sorğularda liderəm. Ən yaxın zamanda qərar qəbul edəcəm”, – deyə o, Hindistanın NDTV kanalına müsahibəsində qeyd edib.

Tramp əlavə edib: “Hesab edirəm ki, çoxu buna sevinəcək. Amma bəzi insanlar məmnun olmayacaqlar”.

Daha əvvəl ona yaxın mənbələr bildirmişdilər ki, Tramp dövlət başçısı postu uğrunda mübarizəyə yenidən qoşulub-qoşulmayacağını payızda bəyan edəcək. Son sorğulara əsasən, respublikaçıların, demək olar ki, 60%-i Trampı prezidentliyə namizəd görmək istəyir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir