Siyasət

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib. AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Baş nazir, Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı etimad […]

Dünya

Səudiyyə Ərəbistanı İsrailə xəbərdarlıq edib – FOTO

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində İsrailin hərbi əməliyyat keçirməsi ilə bağlı xəbərdarlıq edib. “Azad İran” “Telegram” kanalının məlumatına görə, Rəfah Qəzzada qaçqın düşmüş yüz minlərlə insanın son sığınacağıdır. Qeyd olunub ki, bu şəhərə İsrailin hücumu təhlükəli nəticələrə səbəb olacaq.   Xeberal.az

Cəmiyyət

Laçında onlarla abidə erməniləşdirilməyə məruz qalıb ARAŞDIRMA – FOTO

44 günlük müharibə ilə erməni işğalından azad olunandan sonra bərpa-quruculuq dövrünə qədəm qoyan Laçın rayonunun bu gün hər kəs ecazkar gözəlliyindən danışır. Lakin son 30 ildə Laçın ərazilərinin tarixinin və mədəniyyətinin sərhəd tanımayan erməni vandalizmi nəticəsində dağıdılmasından və mənimsənilmə cəhdlərindən çox az adamın xəbəri var. Laçın şəhərini “Berdzor”, yəni, “qala dərəsi” adlandıran ermənilər bu ərazinin […]

Cəmiyyət

Ən çox tıxacın olduğu Bakı-Sumqayıt yolu: Problemin həlli varmı? – FOTO

Bu gün ən çox tıxac probleminin hiss edildiyi istiqamətlərdən biri, bəlkə də birincisi Bakı-Sumqayıt yoludur. Hər gün minlərlə insan bu yolda tıxacla üzləşir. Sözügedən yolda vətəndaşların üzləşdiyi tıxac probleminin həlli istiqamətində müəyyən tədbirlər görülüb və proses davam edir. Sumqayıtı Bakı ilə birləşdirən sürət qatarı mövcuddur. Avtobuslar üçün yeni zolaq çəkilib. Həmçinin yanvarın 21-dən Sumqayıtdan Bakıya […]

Dünya

Qəzza zolağında ölənlərin sayı 28 mini keçib

Qəzza zolağında eskalasiya başlayandan bəri 28 064 fələstinli həlak olub. Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Məlumatda, həmçinin 67 611 fələstinlinin yaralandığı qeyd olunur. Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı […]

Dünya

Norveçin müdafiə naziri: “Rusiya ilə müharibəyə hazır olmalıyıq”

“Rusiya ilə müharibəyə hazır olmalıyıq”. Bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram deyib. O bildirib ki, nə qədər istəsələr də, Ukraynada müharibə yaxın vaxtda bitməyəcək: “Biz Rusiyanın Finlandiya və İsveçin NATO-ya qoşulmasına cavab olaraq addım atmasına və vəziyyəti daha da gərginləşdirməsinə hazır olmalıyıq”. “Rusiya təhlükəsi uzun müddət aradan qalxmayacaq. Avropa buna hazır olmalıdır”, – […]

İdman

Millətlər Liqası: Azərbaycan yığmasının oyunlarının başlama saatı açıqlanıb

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlarının başlama saatı açıqlanıb. AZƏRTAC xəbər verir ki, milli komandanın ilk iki ev matçı saat 20:00-da, sonuncusu isə 18:00-da başlayacaq. Səfər qarşılaşmalarının başlama saatları isə 20:00, 22:45 və 23:45-dir. UEFA Millətlər Liqası Qrup mərhələsi I tur 5 sentyabr 20:00. Azərbaycan – İsveç II tur 8 sentyabr 20:00. Slovakiya […]

Dünya

Rumıniya Rusiyanın Odessaya hücumu ilə bağlı “F-16”ları havaya qaldırıb

Rumıniya Silahlı Qüvvələri Rusiyanın Ukraynanın Odessa bölgəsində həyata keçirdiyi irimiqyaslı pilotsuz uçuş aparatlarının hücumuna cavab olaraq “F-16” qırıcılarını qaldırıb. Ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi Odessa ilə həmsərhəd Tulça və Qalati əyalətlərində hava həyəcan siqnalı verib. Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, sakinlər təxminən səhər saat 03:00-a qədər hava bildirişləri alıblar və ikinci həyəcan siqnalı səhər […]