Kriminal

Restoranda tanışını bıçaqlayan gənclə bağlı məhkəmə qərarı açıqlandı

Bakı Apellyasiya Məhkəməsində restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunun […]

Dünya

İranda tələbəyə ağır həbs cəzası verilib – FOTO

Siyasi baxışlarına görə Təbrizin “Şəhid Mədəni” Universitetindən qovulan güneyli tələbə fəal Armita Pavir Azərşəhr İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, güneyli tələbəyə rəhbəri (Xameneini) təhqir etmək ittihamı ilə 7 ay 16 gün, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı ilə isə […]

Cəmiyyət

Şəhidin beşinci övladı doğuldu – FOTO

Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Elvin Ağalar oğlu Qeybəliyevin övladı dünyaya gəlib. Oxu.Az xəbər verir ki, Bakı şəhərində doğulan Məhəmmədəlinin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 manat vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 manat vəsait […]

Kriminal

Vətəndaşın məhkəmə işini müsbət həll edəcəyini deyən şəxsin cinayət işinin bəzi detalları məlum olub

Bakıda vətəndaşı aldadaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Asif Əsədullazadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. “Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs sayılan Asif Əsədullazadə zərərçəkmiş Vüqar Əlxuda oğlu Məmmədovun etibarından […]

İqtisadiyyat

SOCAR: “Zəngəzur dəhlizinin açılması ilə Gürcüstanla beynəlxalq trafik üçün rəqabət apara bilərik”

“Zəngəzur dəhlizinin açılması ilk növbədə orta və uzunmüddətli sabitlik üçün çox mühüm beynəlxalq amildir”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən “IADS Drilling Caspian” konfransında deyib. O bildirib ki, bu, həm iqtisadi rifahı təmin edəcək, həm də Ermənistan üçün bir çox imkanlar yaradacaq: “İkincisi məsələ […]

Dünya

Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, baş nazirlər arasında telefon danışığı zamanı Ə.Əsədov İ.Kobaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı baş nazirlər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər. Xeberal.az

Cəmiyyət

Bakıda tarixi bina kimi tanınan “Dostluq” kinoteatrı sökülür? – AÇIQLAMA + FOTO

Bakıda tarixi bina kimi tanınan “Dostluq” kinoteatrının söküldüyü iddia edilir. Oxu.az xəbər verir ki, bununla bağlı memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib. Professor qeyd edib ki, iki gündür ki, 1960-cı illərin memarlıq abidəsi olan “Dostluq” kinoteatrının sökülməsi işləri aparılır: “Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf […]

Dünya

Qazaxıstanda maska rejimi bərpa edilir

Qazaxıstanda koronavirus və qızılca ilə əlaqədar maska ​​rejimi bərpa edilir. Tibb müəssisələrində bu məcburidir, ictimai yerlərdə isə tövsiyə olunur. Ölkə başçısının sərəncamına əsasən, respublikanın səhiyyə müəssisələrində maska ​​rejimi tətbiq edilib. Bu təşkilatların rəhbərləri tibb müəssisələrində personal və ziyarətçilərin tibbi maskalardan istifadəsini, həmçinin antiseptik vasitələrin olmasını təmin etməlidirlər. İctimai yerlərə gəlincə, qoruyucu vasitələrin istifadəsi tövsiyə edilir. […]

Siyasət

Prezident seçkisinin yekunlarını yoxlayacaq şəxslər – ADLAR + FOTO

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası 10 gün müddətində prezident seçkisinə yekun vurur. Belə ki, MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdimini təmin etməlidir. Konstitusiyanın 102-ci maddəsinə görə, prezident seçkisinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan […]